"Beşiktaş" zirvəyə yüksəldi

Türkiyə Super Liqasında 29-cu tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Çempionluq uğrunda mübarizəsini davam etdirən "Beşiktaş" səfərdə "Akhisar"la üz-üzə gəlib. Qarşılaşma "qara qartal"ın qələbəsi ilə yekunlaşıb - 3:0.

Bu nəticədən sonra "Beşiktaş" 59 xalla zirvəyə yüksəlib. 

Standings provided by Sofascore LiveScore