"Beşiktaş"ın daha bir futbolçusu "Everton"un hədəfində

Qış transfer pəncərəsində Cenk Tosunu heyətinə cəlb edən "Everton" "Beşiktaş"ın daha bir futbolçusuna elçi düşüb. 

SportLine.az "The Sun"a istinadən xəbər verir ki, Liverpul təmsilçisi Oğuzhan Özyakupu transfer etmək niyyətindədir.

Cari mövsümün sonunda müqavilə müddəti bitəcək futbolçu Premyer Liqa klubuna azad agent statusu ilə keçə bilər.