Beynəlxalq dərəcəli referimiz Challenge Cup turnirində

Beynəlxalq dərəcəli həndbol hakimi İsgəndər Əsgərov yeni təyinat alıb.

Sportline.az Avropa Həndbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli referi kişi həndbolçuların Challenge Cup tirnirinin ikinci mərhələsinin, “VHC Sviesa Vilnius”  - “Granitas Karys” görüşündə EHF nümayəndəsi kimi fəaliyyət göstərəcək. Oktyabrın 13-ü və 14-də Litva paytaxtı Vilnüsün “LUES Sport Hall” kompleksində keçiriləcək oyunları serbiyalı Marko Sekuliçlə Vladimir Yovandiç idarə edəcək.