"Billiat "Qarabağ"a keçməyə yaxındı" - futbolçunun meneceri

Zimbabve millisinin üzvü Xama Billiat yenidən "Qarabağ"ın gündəmindədir.

SportLine.az CAR mətbuatına istinadən xəbər verir ki, futbolçunun meneceri X.Billiatın karyerası ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

Hücumçunun ölkə xaricindən bir neçə təklif aldığını deyən menecer, "Amerikanın "Los Anceles Qalaksi" klubu da X.Billiatla yaxından maraqlanır. Amma bu məsələdə "Qarabağ"ın təklifini daha məqbul hesab etmək olar. Billiat "Qarabağ"a keçməyə yaxındır. Tezliklə müqavilə bağlaya bilərik", - deyə bildirib.

Qeyd edək ki, 28 yaşlı hücumçu hazırda CAR-ın “Mamelodi Sandaunz” klubunun şərəfini qoruyur.