Boksçumuz "gümüş"lə kifayətləndi

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatının final görüşləri start götürüb.  

SportLine.az "Report”a istinadən xəbər verir ki, Azərbaycanın finala yüksələn təmsilçilərindən ilk olaraq rinqə 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova çıxıb. O, yerli boksçu Stanimira Petrova ilə üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən döyüşdən məğlub ayrılan Əlimərdanova çempionatın gümüş medalını qazanıb.

Az sonra 69 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən digər qadın boksçu Yelena Vıstropova da final görüşünə çıxacaq. Həlledici qarşılaşmada onun rəqibi türkiyəli Sema Çalışkan olacaq.

Xatırladaq ki, Azərbaycanın daha 2 qadın boksçusu - Leyla Cavadova (81 kq) və Aynur Rzayeva (+81 kq) ötən gün Avropa çempionatının bürünc medalını qazanıblar.