"Bosniya və Herseqovina millisi Azərbaycandan üstündür" - Prosineçki

"Bosniya və Herseqovina kimi bir komanda çalışdıracağıma görə şadam". SportLine.az xəbər verir ki, bu sözləri Robert Prosineçki deyib.

Bosniya və Herseqovina seçməsinə baş məşqçi təyin olunan xorvatiyalı bu millinin Azərbaycan komandasını hər sahədə üstələdiyini deyib:

"Mənə etimad göstərənlərə minnətdarlığımı bildirirəm. Bosniya və Hersoqovina millisi bütün komponentlərdə Azərbaycan yığmasından böyük bir addım öndədi. Çalışacağıq ki, bütün üstün cəhətlərimizdən yararlanaq və  əla nəticələr qazanaq. Əsas hədəfimiz böyük turnirlərdə iştirak etməkdir".

Qeyd edək ki, 2014-2017-ci illərdə Azərbaycan seçməsini çalışdırıb.