"Boston Seltiks"dən ardıcıl 2-ci məğlubiyyət
Amerika Milli Basketbol Assosiasiyasının Müntəzəm çempionatında daha bir oyun keçirilib. SportLine.az xəbər verir ki, yarış cədvəlinin lideri - "Boston Seltiks" doğma meydanda "Filadelfiya Seventi Siksers"lə qarşılaşıb.
Gərgin mübarizənin yekununda qonaqlar qələbə qazanıblar - 89:80.
Coel Embiid 26 xal, 16 ribauntla qələbəyə böyük töhfə verib.
Qeyd edək ki, "Boston Seltiks" iki gün öncə "Nyu Orleans Pelikans"a da məğlub olmuşdu.