Böyük dəbilqədə daha bir medal

Cüdo üzrə seçmə komandamız Bakıda keçirilən Böyük Dəbilqə turnirində daha 2 medal qazanıb. Sportline.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən olimpiya mükafatçısı Rüstəm Orucov bürünc medal uğrunda görüşdə gürcü Laşa Şavdatuaşviliyə qalib gəlib. 81 kq çəki dərəcəsində mübarizə aparan Xanım Hüseynova da bürünc medal əldə edib. O, 3-cü yer uğrunda görüşdə Azərbaycanın digər idmançısı Gülsədəf Kərimovanı üstələyib. Xatırladaq ki, ilk yarış günündə Orxan Səfərov (60 kq) bürünc medal qazanıb.