"Bu oyun bizim üçün böyük əhəmiyyət daşıyır" - Roman Qriqorçuk

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk ölkə kubokunun finalı haqda danışıb.

SportLine.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis matçı səbirsizliklə gözlədiklərini bildirib:

“Final adı ozü artıq hər şeyi deyir. Biz bu oyunu səbirsizliklə gözləyirik. Çünki bu oyun bizim üçün, klubumuz üçün çox böyük əhəmiyyət daşıyır. Tarixi əhəmiyyət. Çünki “Qəbələ” üçün ilk kuboku əldə edə bilərik”.