"Bu oyun bizim yaxşı komanda olduğumuzu sübut etdi" - Di Françesko

"İlk oyundan sonra bizdən qeyri-adi nələrsə etmək tələb olunurdu". SportLine.az xəbər verir ki, bu sözləri "Roma" klubunun baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul"a qarşı keçirilən görüşdə deyib.

Matç haqda təəssüratlarını bölüşən mütəxəssis, "Heç nədən iki top buraxdıq və hesabda geri düşdük. Bununla belə, sonadək mübarizə apardıq və yekunda qələbə qazandıq. Fantastik oyun idi. Komandamdan razıyam. Bu oyun bizim yaxşı komanda olduğumuzu və Çempionlar Liqası kimi bir yarışın yarımfinalında oynağa layiq olduğumuzu sübut etdi", - deyə bildirib.