"Budapeştə qələbə üçün yollanırıq" - Baqali Dabo

"Neftçi”nin hücumçusu Baqali Dabo "Uypeşt"lə cavab oyunu ilə bağlı öz fikirlərini klubun rəsmi saytına bölüşüb.

SportLine.az xəbər verir ki, futbolçu cavab oyununa hazır olduqlarını dilə gətirib: "Təbii ki, qələbəyə görə şadıq. Hesabda geridə olsaq da, matçı çevirə bildik. Bilirəm ki, Budapeştdə bizə ikiqat ağır olacaq, amma buna hazırıq”.

Fransalı forvard həm də cavab oyununa hazırlığı dəyərləndirib: "Var gücümüzlə işləyirik. Budapeştə ancaq və ancaq qələbə üçün yollanırıq”.

"Uypeşt”ə qarşı "Neftçi”nin heyətində ilk rəsmi oyununa çıxan Dabo, komandada xoşbəxt olduğunu bildirib: "Özümü çox yaxşı hıss edirəm. Həm meydanda, həm meydanın kənarında uşaqlarla çox mehribanıq. İnanıram ki, gələcəkdə "Neftçi” üçün bundan daha da faydalı olacağam”.