Budapeştə yollanacaq heyyət açıqlandı

Avqustun 28-də Macarıstanın paytaxtında başlanacaq cüdo üzrə dünya çempionatına qatılacaq Azərbaycan seçməsinin  heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından Sportline.az-a verilən məlumata görə, komanda sentybarın 3-dək davam edəcək yarışda 17 idmançı ilə təmsil olunacaq.

Budapeştdə kişi cüdoçulardan Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), qadınlardan isə Əliyeva Leyla, Erdenabat Bazarraqça (hər iksi 48 kq), Nəzakət Əzizova, Purevsuren Buyankişinq (hər ikisi 52 kq), Səkinə Zayırova, Munktsedev İçinkolo (hər ikisi 57 kq), Gülsədəf Kərimova (63 kq) və İrina Kindzerska (+78 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, dünya çempionatında 134 ölkədən 794 cüdoçu (482 kişi, 312 qadın) mübarizə aparacaq.