Buffon İngiltərə nəhənginin hədəfində

"Mançester Yunayted" Canluici Buffonun xidmətində maraqlıdır.

Sportline.az xəbər verir ki, bu haqda Tuttosport məlumat yayıb.  

İngiltərəlilərin "Yuventus"dan ayrılacaq 40 yaşlı qapıçının təmsilçiləri ilə məsələni müzakirə etdikləri bildirilir. Görünür, veteran futbolçunun "bir müddət əvvəl, maraqlı təkliflər almışam" -  deyərək nəzərdə tutduğu klublardan biri də məhs "Mançester Yunayted" imiş.

Qeyd edək ki, Buffon "Yuventus"a 2001-ci ildə "Parma"dan transfer olunmuşdu.