Buffon karyerasını Argentinada davam etdirə bilər

"Yuventus"un qapıçısı Canluici Buffon karyerasını Argentina çempionatında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Boka Xuniors" rəhbərliyi onun xidmətində maraqlıdır. Buenos-Ayres təmsilçisi Libertodores kuboku oyunları ərəfəsində heyəti gücləndirmək niyyətindədir. Komandaya cəlb olunması nəzərdə tutulanlardan biri də Buffondur. Bu transferdə Cicinin keçmiş komanda yoldaşı, hazırda "Boka Xuniors"un şərəfini qoruyan Karlos Teves əsas rol oynaya bilər.

Qeyd edək ki 40 yaşlı qolkiperin mövsümün sonunda karyerasını bitirəcəyi bildirilir.