Buffon "Yuventus"dan ayrılacağı vaxtı açıqladı

İtaliya "Yuventus"unun qapıçısı Canluici Buffon "qoca senyora"dan ayrılacağı vaxtı açıqlayıb.

Sportline.az xəbər verir ki, təcrübəli qolkiper A Seriyasının son turunda "Verona" ilə oyundan sonra klubu ilə vidalaşacaq. 

40 yaşlı futbolçu mətbuat konfransında, gözəl səyahətin sona çatdığını bildirib: "Bu səyahət boyunca həqiqətən də qayğıma qalan insanlarla birgə olmaq xoşbəxtliyi mənə nəsib oldu. Bunu hər gün hiss etdim və onların sevgisinə görə, var gücümlə mübarizə apardım".  

Qeyd edək ki, "Yuventus" "Verona" ilə mayın 19-da qarşılaşacaq. Buffonun karyerasını İngiltərə "Yuventus"unda davam etdirəcəyi bildirilir.