Buffona qırmızı vərəqə verən hakimin həyatı təhlükədə

Britaniya polisi ÇL-in 1/4 final mərhələsinin "Real" - "Yuventus" (1-3) matçının hakimi Maykl Oliverin və onun ailəsinin təhlükəsizliyini öz üzərinə götürüb.

Sportline.az xəbər verir ki, buna, həmin oyundan sonra, Oliver və həyat yoldaşının aldığı təhdid mesajları səbəb olub. 

Xatırladaq ki, sözügedən görüşün sonlarında "Yuventus"un qapısına penalti təyin edən referi, Canluici Buffona qırmızı vərəqə göstərmişdi.