Cəbrayıl Həsənov finalda uduzdu

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Həsənov bu gün final görüşünə çıxıb. 

Təcrübəli güləşçimizin finaldakı rəqibi amerikalı Kayl Duqlas Deyk olub. 

Təəssüf ki, Cəbrayıl Həsənov finalda 0:2 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib. 

Qeyd edək ki, ikinci yarış günündə 1/8 finaldan mübarizəyə qatılan Cəbrayıl Həsənov çətinlik çəkmədən Puerto Riko idmançısına qalib gəlib. Pəhləvanımız 1/4 finalda Belarus idmançısı üzərində də inamlı qələbə ilə yarımfinala adlayıb. Bu mərhələdə Cəbrayıl iranlı güləşçi ilə mübarizədə 0:3 hesabı ilə geri düşsə də, son yarım dəqiqədə vəziyyəti dəyişərək finala yüksəlmişdi.