"Çelsi" "Real"a yenə "yox" dedi

Eden Azarı heyətində görmək istəyən "Real" klubu "Çelsi"yə növbəti təklifini edib. SportLine.az "Mirror"a istinadən xəbər verir ki, "kral klubu" Belçika millisinin kapitanı üçün 170 milyon funt-sterlinq ödəməyə hazır olduğunu deyib. 

"Zadəganlar"ın bu təkliflə də razılaşmadığı bildirilir. 

Qeyd edək ki, bundan öncə "Real" London klubuna 170 milyon avro ödəməyə hazır olduğunu bildirmişdi.