"Çelsi"dən "Monako"ya 90 milyonluq təklif

Qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdıran "Çelsi" "Monako"nun futbolçusu Tomas Lemara elçi düşüb. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, "zadəganlar" 22 yaşlı yarımmüdafiəçi üçün 90 milyon avro ödəməyə hazırdır.

Artıq futbolçu ilə razılıq əldə olunduğu və "knyazlar"ın da yanvar ayında futbolçunun transferinə razılıq verəcəyi deyilir.

Qeyd edək ki, T.Lemar Fransa millisinin də şərəfini qoruyur.