"Çelsi"dən PSJ-yə 70 milyonluq təklif

"Çelsi" PSJ-nin gənc ulduzu Markinyosa elçi düşüb. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, Joze Mourinyo növbəti mövsüm müdafiəçini komandasında görmək niyyətindədir. "Zadəganlar" transferin reallaşması üçün 70 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər. 

Fransa klubu ilə razılıq əldə olunsa, Markinyos Londonda ilinə 10 milyon avro qazana bilər.

Qeyd edək ki, 22 yaşlı müdafiəçi 2013-cü ildən PSJ-nin şərəfini qoruyur.