"Çelsi"dən rekord transfer

"Çelsi" futbol tarixinin ən bahalı qapıçı transferini reallaşdırıb. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, "zadəganlar" "Atletik"in qapıçısı Kepa Arrizabalaqanın keçidini rəsmiləşdiriblər.

London klubu Bilbao təmsilçisinə 80 milyon avro ödəyib ki, bu da futbol tarixində rekord göstəricidir. Bunadək "Roma"dan "Liverpul"a keçən Alisson Bekker ən bahalı qapıçı hesab olunurdu.

Qeyd edək ki, Tibo Kurtuanın yaxın günlərdə "Real"la müqavilə imzalayacağı gündəmdədir.