Çempion mübarizəyə qələbə ilə başladı

Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizəyə start verilib.

Sportline.az xəbər verir ki, ilk turun "Təhsil" - "Məhsul" görüşü daha maraqlı alınıb. Gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçən oyunda "Məhsul" komandasının imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. "Təhsil" rəqibə ciddi müqavimət göstərməsinə baxmayaraq, məğlubiyyətlə barışmalı olub - 25:28.

Digər oyunda isə, ölkə çempionu "Bakı" gözlənildiyi kimi U-16 komandası üzərində inamlı qələbə qazanıb. Yeniyetmə həndbolçular daha təcrübəli rəqibə 14:54 hesabı ilə uduzublar.