Çempionatın vahid lideri müəyyənləşib

Qadın həndbolçuların Azərbaycan çempionatında 14-cü tur da arxada qalıb.

Sportline.az xəbər verir ki, son oyun günündə diqqətlər əsasən "Azəryol - ""Azərsu" görüşündə idi. Çempionluğa iddialı rəqiblərin qarşılaşmasında daha yüksək əzmkarlıq göstərən "Azərsu" inamlı qələbə qazanıb - 38:26.  "İdman Akademiyası" - "Qarabağ" matçında isə, imkanları daha yüksək qiymətləndirilən "Qarabağ" azarkeşlərin etimadığı doğruldub - 36:24. Xatırladaq ki, turun açılış matçında Mingəçevirin "Nur" komandası "Gənclərbirliyi"ni böyük hesablı məğlubiyyətə uğratmışdı. "Kür" Olimpiya İdman Mərkəzində keçirilən qarşılaşma 44-18 hesabı ilə nəicələnmişdi. 

14 turdan sonra, aktivinə 24 xal yazdıran "Azərsu" çempionatın vahid lideridir. Ən yaxın izləyicisi "Azəryol" ondan 4 xalı geri qalır. "Qarabağ" komandası 17 xalla üçüncüdür. 4-cü yerdəki "Nur"un 16 xalı var. "Gənclərbirliyi" 4 xalla 5-ci pillədə qərarlaşıb. Autsayder "İdman Akademiyası" isə cəmi 2 xal toplayıb.