Çempionlar Liqasında 1-ci turun ən yaxşısı müəyyənləşdi

Çempionlar Liqasında ilk turun ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada Lionel Messi layiq görülüb. 

"Barselona" klubunun futbolçusu səsvermədə Ceyms Milner ("Liverpul"), Nabil Fekir ("Lion") və Pol Poqbanı ("Mançester Yunayted") qabaqlayıb.

Qeyd edək ki, L.Messi ilk tur çərçivəsində PSV-yə qarşı görüşdə het-trikə imza atıb.