"Real" çempion!

Bu gün UEFA Çempionlar Liqasında 2017/2018-ci il mövsümünə yekun vurulacaq. SportLine.az xəbər verir ki, həlledici görüşdə "Real" və "Liverpul" kollektivləri üz-üzə gələcək.

Son iki mövsümdə turnirin qalibi olan Madrid təmsilçisi, bu dəfə də azarkeşlərini sevindirmək niyyətindədir. "Liverpul" isə sonuncu dəfə bu yarışda 2005-ci ildə zəfər yaşayıb.

Kiyevin Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Oyunu Milorad Majiç idarə edəcək.


26 may 2018
Çempionlar Liqası
FİNAL

"Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) - 3:1
QOLLAR:
Benzema, 51 (1:0); Mane, 55 (1:1); Beyl, 64 (2:1); Beyl, 83 (3:1)

Kiyev, Olimpiya Stadionu
Baş hakim: 
Milorad Majiç (Serbiya)
Köməkçi hakimlər: Milovan Ristiç, Dalibor Dyurdyeviç (Serbiya)
Dördüncü hakim: Kleman Turpin (Fransa)
Əlavə köməkçi hakimlər: Nenad Dyokiç, Danilo Grujiç (Serbiya)