"Qarabağ"ın potensial rəqibi müəyyənləşdi, APOEL mübarizəni dayandırdı

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk iştirakçıları bəlli olacaq. SportLine.az xəbər verir ki, oyun günündə 10 qarşılaşma keçiriləcək.

Maraqlı oyunlardan biri Maltada təşkil olunacaq. "Valetta" - "Kukesi" cütünün qalibi II təsnifat mərhələsində "köhlən atlar"la qarşılaşacaq.

Qarabağ üçün digər vacib oyun Kiprdə olacaq. İlk oyunda gözlənilmədən "Süduva"ya məğlub olan APOEL mərhələni adlamaq üçün doğma meydanda, ən azı, iki cavabsız qolla qalib gəlməlidir.

APOEL-in mübarizəni dayandırması növbəti püşkatma mərasimində "Qarabağ"ın lehinə işləməyə bilər. Belə ki, Ağdam təmsilçisi "səpələnmişlər" səbətində yer ala bilər.

Günün afişası belədir:


17 iyul 2017
Çempionlar Liqası
I təsnifat mərhələsi (cavab oyunları)

“Valletta” (Malta) - “Kukesi” (Albaniya) - 1:1
İlk oyun - 0:0

HİK (Helsinki, Finlandiya) - “Vikinqur” (Farer Adaları) - 3:1
İlk oyun – 2:1

“Hapoel” (Beer-Şeva, İsrail) - “Flora” (Tallin, Estoniya) - 3:1
İlk oyun – 4:1

“Malmö” (İsveç) - “Drita” (Kosovo) - 2:0
İlk oyun – 3:0

APOEL (Kipr) - “Suduva” (Litva) - 1:0
İlk oyun - 1:3

TNS (Uels) - “Şkendiya” (Makedoniya) - 4:0
İlk oyun – 0:5

“Videoton” (Macarıstan) - “Düdelanj” (Lüksemburq) - 2:1
İlk oyun – 1:1

“Srvena Zvezda” (Serbiya) - “Spartaks” (Yürmala, Latviya) - 2:0
İlk oyun - 0:0

“Legiya” (Varşava, Polşa) - “Kork Siti” (İrlandiya) - 3:0
İlk oyun – 1:0

“Kruzaders” (Şimali İrlandiya) - “Ludoqorets” (Bolqarıstan) - 0:2
İlk oyun - 0:7