Çempionlar Liqasında ilk turun ən yaxşısı adına namizədlər müəyyənləşdi

Çempionlar Liqasında 1-ci turun ən yaxşısı adına namizədlərin siyahısı açıqlanıb. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, "turun ən yaxşısı" adına 4 namizəd var. Bunlar Lionel Messi ("Barselona"), Ceyms Milner ("Liverpul"), Nabil Fekir ("Lion") və Pol Poqbadır ("Mançester Yunayted").

İstifadəçilər bu linkdən "turun ən yaxşısı"nı müəyyənləşdirə bilərlər: LİNK