Çempionlar Liqasına vəsiqə qazanan komandalar

Avropada çempionatlar sona yaxınlaşdıqca növbəti mövsüm üçün Çempionlar Liqasında iştirak hüququ qazanan komandalar da müəyyənləşir. SportLine.az xəbər verir ki, 7 klub 2018/2019 mövsümdə qitənin ən nüfuzlu klub turnirində iştirakını rəsmiləşdirib.

Həmin komandaları diqqətinizə çatdırırıq:

PSJ (Fransa)
"Yuventus" (İtaliya)
"Napoli" (İtaliya)
"Barselona" (İspaniya)
"Atletiko" (Madrid, İspaniya)
"Mançester Siti" (İngiltərə)
"Bavariya" (Almaniya)