Çempionlar Liqasında turun ən yaxşı oyunçusu müəyyənləşdi

UEFA Çempionlar Liqasının 4-cü turunun ən yaxşı oyunçusunu açıqlayıb. SportLine.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, "Tottenhem" komandasının hücumçusu Harri Keyndir. 

Onlayn səsvermədə Milan Pavkov (“Srvena Zvezda”), Riyad Mahrez (“Mançester Siti”) və Kərim Benzemanı (“Real”) qabaqlayan ingilis futbolçu "ən yaxşı" adına layiq görülüb.

Qeyd edək ki, Keyn PSV-yə qalib gəldikləri oyunda (2:1) dubl edib.