Çervyakov İsrail klubunda

Qadın voleybolçulardan ibarət seçmə komandanın baş məşqçisi Aleksandr Çervyakov karyerasını İsraildə davam etdirəcək. Sportline.az xəbər verir ki, o, İsrail çemionu "Makkabi" Hayfa klubunu çalışdıracaq. 59 yaşlı azərbaycanlı mütəxəssislə  mövsümün sonuna qədər müqavilə imzalanacaq. Xatırladaq ki, Çervyakov  bundan əvvəl "Azərreyl" və "Azəryol"a, 2013-cü ildə isə Azərbaycan millisinə rəhbərlik edib.