Çində əcnəbi futbolçu transferinə 100 faizlik vergi

Çin Futbol Assosiasiyası Super Liqa klublarının ulduz futbolçu transferlərinin qarşısını almaq niyyətindədir.

SportLine.az "Daily Telegraph"a istinadən xəbər verir ki, qurum əcnəbi futbolçulara xərclənən külli miqdarda vəsaitin qarşısını almaq üçün 100 faizlik vergi tətbiq edib. Bu, o deməkdir ki, klublar əcnəbi futbolçu transferinə ödədikləri məbləğ qədər Çin Futbolunun İnkişafı Fonduna da ödəniş etməli olacaqlar.

Çin Futbol Assosiasiyası bununla uşaq futboluna diqqət ayırmaq niyyətindədir.