ÇL: 1/4 final mərhələsinin püşkü nə vaxt atılacaq?

Çempionlar Liqasında 1/8 final mərhələsi yekunlaşıb.

SportLine.az xəbər verir ki, mübarizəni davam etdirən 8 komanda rəqiblərini sabah tanıyacaq. UEFA-nın Nyondakı mənzil qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Qeyd edək ki, qitənin ali mükafatına bu komandalar iddialıdır:

"Barselona"
"Real" (Madrid)
"Sevilya"
"Yuventus"
"Roma"
"Mançester Siti"
"Liverpul"
"Bavariya"