ÇL: "Real" PSJ-yə, "Çelsi" "Barselona"ya rəqib oldu

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. SportLine.az püşkatmanın nəticələrini təqdim edir:

1. "Yuventus" "Tottenhem"
2. "Bazel" "Mançester Siti"
3. "Porto" "Liverpul"
4. "Sevilya" "Mançester Yunayted"
5. "Real" (Madrid) PSJ
6. "Şaxtyor" (Donetsk) "Roma"
7. "Çelsi" "Barselona"
8. "Bavariya" "Beşiktaş"

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. SportLine.az xəbər verir ki, Nyonda keçiriləcək tədbirdə 16 komanda 8 cütlük təşkil edəcək.

Bu mərhələdə qrup qalibləri qrup mərhələsini ikinci pillədə yekunlaşdıran komandalarla qarşılaşacaq.

Reqlamentə əsasən, eyni qrupda mübarizə aparan və eyni ölkəni təmsil edən komandalar bir-birinə rəqib ola bilməz.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2018-ci il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də keçiriləcək.

QRUP QALİBLƏRİ QRUP İKİNCİLƏRİ

“Mançester Yunayted” (İngiltərə)
PSJ (Fransa)
“Barselona” (İspaniya)
“Roma” (İtaliya)
“Tottenhem” (İngiltərə)
“Liverpul” (İngiltərə)
“Mançester Siti” (İngiltərə)
“Beşiktaş” (Türkiyə)

“Yuventus” (İtaliya)
“Bazel” (İsveçrə)
“Şaxtyor” (Ukrayna)
“Bavariya” (Almaniya)
“Çelsi” (İngiltərə)
“Real” (İspaniya)
“Porto” (Portuqaliya)
“Sevilya” (İspaniya)