ÇL: "Başakşəhər" dayandı, "Sevilya" və "Napoli" yoluna davam edir

Bu gün UEFA Çempionlar Liqasında "pley-off" mərhələsinin cavab görüşləri start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçiriləcək. 

Türkiyə təmsilçisi "Başakşəhər" İspaniyaya səfər edəcək. Doğma meydanda 1:2 hesabı ilə uduzan İstanbul klubu səfərdə məğlubiyyətin əvəzini çıxmaq niyyətindədir. 

"Riyeka" - "Olimpiakos" və "Maribor" - "Haboel Beer-Şeva" oyunlarının nəticəsi də böyük maraql kəsb edir.

Gecənin afişası belədir:


22 avqust 2017
Çempionlar Liqası
"Pley-off", cavab oyunları

"Astana" (Qazaxıstan) - "Seltik" (Şotlandiya) - 4:3
QOLLAR: 
Ayer, 26-avtoqol (1:0), Sinkler, 34 (1:1), Mujikov, 48 (2:1), Tvumasi, 49 (3:1), 69 (4:1), Ntkam, 80 (4:2), Qriffits, 90 (4:3)
İlk oyun - 0:5

"Maribor" (Sloveniya) - "Hapoel" (Beer-Şeva, İsrail) - 1:0
QOL: 
Viller, 15
İlk oyun - 1:2

"Riyeka" (Xorvatiya) - "Olimpiakos" (Yunanıstan) - 0:1
QOL: 
Marin, 25
İlk oyun - 1:2

"Nitsa" (Fransa) - "Napoli" (İtaliya) - 0:2
QOLLAR: 
Kalyexon, 48, İnsinye, 89
İlk oyun - 0:2

"Sevilya" (İspaniya) - "Başakşehir" (Türkiyə) - 2:2
QOLLAR:  
Elia, 17 (0:1), Eskudero, 52 (1:1), Ben Yedder, 75 (2:1), Viska, 83 (2:2)
İlk oyun - 2:1