ÇL-in 2020-ci il finalının ev sahibi açıqlandı

2020-ci il UEFA Çempionlar Liqasının final matçı Türkiyənin İstanbul şəhərinə həvalə olunub.

Sportline.az xəbər verir ki, qarşılaşma "Atatürk" Olimpyia Stadionunda olacaq. Bu arena Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luj" stadionunu üstələyib. 

Qeyd edək ki, 2005-ci ildə də qitənin ən nüfuzlu klub turnirinin finalı bu arenada təşkil olunub.