"Qarabağ" Çempionlar Liqasında yoluna davam edir

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 6 iştirakçısı müəyyənləşəcək. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" cavab matçına doğma azarkeş önündə çıxacaq. Rəqib Sloveniyanın "Olimpiya" kollektivi olacaq.

Lyublyanada rəqibini 1:0 hesabı ilə üstələyən Ağdam təmsilçisi, bu dəfə də azarkeşlərini sevindirmək niyyətindədir. Sloveniya çempionu isə meydana revanş arzusu ilə çıxacaq.

Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 21:00-da səslənəcək.


18 iyul 2018
Çempionlar Liqası
I təsnifat mərhələsi (cavab oyunu)

“Qarabağ” (Ağdam, Azərbaycan) – “Olimpiya” (Lyublyana, Sloveniya) - 0:0

CƏZALANDIRMALAR:
SARI VƏRƏQƏ | Kinqsli Boatenq,
5 ("Olimpiya")
SARI VƏRƏQƏ | Marko Putinçanin, 85 ("Olimpiya")
SARI VƏRƏQƏ | Marko Qayiç, 86 ("Olimpiya")
SARI VƏRƏQƏ | Maksim Medvedev, 87 ("Qarabağ")
SARI VƏRƏQƏ | Matiç Çrniç, 90+3 ("Olimpiya")
QIRMIZI VƏRƏQƏ | Marko Qayiç, 90+6 ("Olimpiya")

ƏVƏZETMƏLƏR: 
Dani KintanaFilip Ozobiç,
42 ("Qarabağ")
Stefan Saviç ↔ ​Matiç Çrniç, 46 ("Olimpiya")
Rok Kronaveter ↔ Daniel Mişkiç, 72 ("Olimpiya")
Frank Baqnaç ↔ Branko İliç, 74 ("Olimpiya")
Mahir Mədətov Ansi Aqolli, 90+4 ("Qarabağ")

“Qarabağ”: Vaqner da Silva, Maksim Medvedev (k), Simeon Slavçev, Miçel, Dani Kintana, Mahir Mədətov, Abdullah Zubir,  Yakub Jezniçak, Bədavi Hüseynov, Donald Gerrye, Coşqun Diniyev

Ehtiyat oyunçular: Şahrudin Məhəmmədəliyev, Rahil Məmmədov, Rəşad Sadıqov, İsmayıl İbrahimli, Filip Ozobiç,  Ansi Aqolli, Abbas Hüseynov

“Olimpiya”: Alyaj İvaçiç, Makki Baqnak, Marko Qayiç, Rok Kronaveter, Kinqsli Boatenq,  Aris Zarifoviç (k), Dino Ştiqleç, Marko Putinçanin, Stefan Saviç, Tomislav Tomiç, Daniel Avramovski

Ehtiyat oyunçular:  Neyts Vidmar, Daniyel Mişkiç, Qoran Brkiç, Asmir Sulyiç, Haris Kadriç,  Abass İssa, Matiç Çrniç, Branko İliç

Baş hakim: Erez Papir
Yan xətt hakimləri: David Elias Bitton, Eliyahu Casapu
Ehtiyat hakim: David Fuxman (hamısı İsrail)
UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)
İlk oyun: 1:0

Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı