"Real" qələbəni əldən verdi, "Porto" darmadağına sevindi

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq. SportLine.az xəbər verir ki, oyun günündə 8 qarşılaşma keçiriləcək.

Maraqlı mübarizələrdən biri Madriddə yaşanacaq. Liderlik uğrunda yarışan "Real" və "Borussiya" (Dortmund) "Santyaqo Bernabeu"da üz-üzə gələcək. Bu görüşdə "Kral klubu"nu yalnız qələbə qane etdiyi halda, "arılar" bərabərliklə də zirvəni təmin edəcəklər. 

"Lion" "Sevilya" ilə görüşdə növbəti mərhələ vəsiqəsini təmin etmək üçün 3 xala iddialıdır. 

"Legiya" və "Sportinq"in Avroliqa uğrunda mübarizəsi də maraqla gözlənilir.

Gecənin tam afişası belədir:


07 dekabr 2016
Çempionlar Liqası, 6-cı tur

E qrupu

“Bayer” (Almaniya) – “Monako” (Fransa) - 3:0
QOLLAR:
Yurçenko, 30 (1:0); Brandt, 48 (2:0); De Sanktis, 82/a.q. (3:0)
Baş hakim: Gidiminas Mazeyka (Litva)

“Tottenhem” (İngiltərə) – CSKA (Rusiya) - 3:1
QOLLAR:
Dzaqoyev, 33 (0:1); Alli, 38 (1:1); Harri Keyn, 45+2 (2:1); Akinfeyev, 77/a.q. (3:1)
Baş hakim: Nikola Ritsoli (İtaliya)

1. Monako  6 3 2 1 9:7 11

     

2. Bayer Leverkuzen  6 2 4 0 8:4 10

     

3. Tottenhem 6 2 1 3 6:6 7

     

4. CSKA Moskva 6 0 3 3 5:11 3

F qrupu

“Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) - 2:2
QOLLAR:
Benzema, 38 (1:0); Benzema, 53 (2:0); Obameyanq, 61 (2:1); Roys, 88 (2:2)
Baş hakim: Şimon Marçinyak (Polşa)

“Legiya” (Polşa) – “Sportinq” (Portuqaliya) - 1:0
QOL:
Gilyerme, 30 (1:0)
Baş hakim: Canluka Rokki (İtaliya)

1. Borussiya Dortmund  6 4 2 0 21:9 14

     

2. Real Madrid  6 3 3 0 16:10 12

     

3. Legiya 6 1 1 4 9:24 4

     

4. Sportinq 6 1 0 5 5:8 3

G qrupu

“Brügge” (Belçika) – “Kopenhagen” (Danimarka) - 0:2
QOLLAR:
Meçele, 8/a.q. (0:1); Yorgesen, 15 (0:2)
Baş hakim: Maykl Oliver (İngiltərə)

“Porto” (Portuqaliya) – “Lester” (İngiltərə) - 5:0
QOLLAR:
Andre Silva, 6 (1:0); Korona, 26 (2:0); Brahimi, 44 (3:0); Andre Silva, 64/p. (4:0); Yota, 77 (5:0)
Baş hakim: Feliks Zvayer (Almaniya)

1. Lester  6 4 1 1 7:6 13

     

2. Porto 6 3 2 1 9:3 11

     

3. Kopenhagen 6 2 3 1 7:2 9

     

4. Brügge 6 0 0 6 2:14 0

H qrupu

“Yuventus” (İtaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:0
QOLLAR:
İquain, 52 (1:0); Ruqani, 73 (2:0)
Baş hakim: Entoni Teylor (İngiltərə)

“Lion” (Fransa) – “Sevilya” (İspaniya) - 0:0
Baş hakim: Yonas Eriksson (İsveç)

1. Yuventus 6 4 2 0 11:2 14

     

2. Sevilya 6 3 2 1 7:3 11

     

3. Lion 6 2 2 2 5:3 8

     

4. D. Zaqreb 6 0 0 6 0:15 0