ÇL: Sonuncu turun ən yaxşı müəyyənləşdi

Çempionlar Liqasında qrup mərhələsinin sonuncu turunun ən yaxşı futbolçusu bəlli olub. SportLine.az xəbər verir ki, UEFA-nın saytında keçirilən onlayn səsvermədə Kriştianu Ronaldu bütün rəqiblərini qabaqlayıb. O, 41% səs toplayıb.

"Real"ın hücumçusunu Filipe Koutinyo ("Liverpul") 38% və Sorentin Tolisso ("Bavariya") 8% səslə izləyib.

Xatırladaq ki, Dortmund "Borussiya"sı ilə görüşdə (3:2) K.Ronaldu bir qolla yadda qalıb.