Con Delarjın transfer qiyməti açıqlandı

"Qarabağ"ın Con Delarjın transferi üçün "Bursaspor"a ödədiyi məbləğ açıqlanıb. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 28 yaşlı hücumçunun keçidi üçün "timsahlar"a 170 min avro təzminat haqqı ödəyib. 

C.Delarj "Bursaspor"un yay transfer pəncərəsində satdığı 2-ci ən bahalı oyunçu olub.