Cüdo üzrə Azərbaycan birinciliyinə start verildi

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib. Azərbaycan Cüdo Federasiyasından SportLine.az saytına verilən məlumata görə, yarışda 69 klubdan 500-dən çox cüdoçu mübarizə aparır.

Çempionatın ən güclüləri cüdo üzrə yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb ediləcəklər.

Qeyd edək ki, yeniyetmələrdən ibarət Azərbaycan milli komandası 2017-ci ildə Çilidə keçiriləcək dünya çempionatı, Litvada Avropa birinciliyi və Macarıstanda baş tutacaq yeniyetmələrin Olimpiya Festivalında iştirak edəcək.