Cüdo üzrə Bakıda keçiriləcək DÇ-nın vaxtı açqılandı

Gələn il Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının vaxtı dəqiqləşib. Sportline.az xəbər verir ki, paytaxtımızda ilk dəfə keçiriləcək mundial sentyabrın 20-də başlanacaq.

Yarış 8 gün davam edəcək. Artıq Beynəlxalq Cüdo Federasiyası bunu təsdiqləyib və yeni ilin təqvimində rəsmiləşdirib.
 
Mundialın paytaxtımızda olması isə “Böyük Dəbilqə”nin başqa şəhərə verilməsi ilə nəticələnib. Bu dəfə yarış Almaniyanın Düsseldorf şəhərinə etibar edilib. Halbuki, bir qədər öncəyə qədər turnirin mayın 11-13-də Bakıda keçiriləcəyi açıqlanmışdı.