Cüdo üzrə Azərbaycan birinciliyinə start götürdü

Bu gün Sərhədçi İdman Olimpiya Kompleksində cüdo üzrə 18 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib.

SportLine xəbər verir ki, üç gün davam edəcək ölkə birinciliyində paytaxt və regionlarda keçirilmiş yarışlarda yüksək nəticələr qazanmış cüdoçular çıxış edir.

Yarışın ilk günündə 37-si rayon, 43-ü Bakı və Sumqayıtdan olan, ümumilikdə isə 70 klubdan 565 yeniyetmə oğlan və qız cüdoçu medallar uğrunda mübarizə aparır.

Azərbaycan Cüdo Federasiyasının məlumatı