Cüdoçularımız Almaniyada 3 medal qazandılar

Almaniyanın Saarbrükken şəhərində cüdo üzrə Avropa kubokuna start verilib. SportLine.az xəbər verir ki, yarışa 10 idmançı ilə qatılan Azərbaycan yığmasının 5 üzvü yarışın ilk günündə tatami üzərinə çıxıb.

Onlardan üçü yarışı fəxri kürsüdə başa vura bilib. Vüqar Şirinli və Kəramət Hüseynov 60 kq çəki dərəcəsində 3-cü yeri tutub. Telman Vəliyev isə 73 kq çəkidə bürünc medala yiyələnib.

Digər iki idmançımızdan Nicat Şıxəlizadə (73 kq) 5-ci, Mehman Sadıqov (60 kq) 9-cu olub.