Cüdoçularımız Serbiyadan 5 medalla qayıdır

Serbiyanın paytaxtı Belqradda keçirilən cüdo üzrə Avropa açıq çempionatı başa çatıb. SportLine.az xəbər verir ki, turnirdə əsas heyətlə çıxış etməyən Azərbaycan millisi yarışın son günündə aktivinə daha 2 medal yazdırıb.

Ağır çəkidə mübarizə aparan Cəlil Şükürov gümüş, 81 kq çəki dərəcəsində yarışan Fəqan Quluzadə isə bürünc medal qazanıb.

Beləliklə, millimiz Serbiya turnirində 1 gümüş, 4 bürünc medala sahib olub.

Azərbaycan Cüdo Federasiyasının məlumatı