Cüdoçularımız Tunisdə

Tunisdə Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə yeniyetmə cüdoçular üçün təlim-məşq toplantısı keçirib.

SportLine.az xəbər verir ki, 5 gün davam edən toplanışa oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazanmış cüdoçular qatılıb. Azərbaycanı Tunisdə yeniyetmə cüdoçu Vüqar Talıbov və milli komandanın məşqçisi Zaur Babayev təmsil edib. Məşqləri olimpiya və üçqat dünya çempionu İlias İliadis və olimpiya çempionu Mark Huizinqa aparıb.   

Qeyd edək ki, Yeniyetmələr olimpiadasında cüdo yarışları 7 - 10 oktyabrda keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının məlumatı