Cüdoçularımızdan daha bir medal

ABŞ-ın Mayami şəhərində keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisi 5-ci medalını qazanıb. SportLine.az xəbər verir ki, M-2 kateqoriyası üzrə 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Zaur Bağırov gümüş medala sahib olub.

ABŞ təmsilçisi Dahs Bleyn və Braziliya idmançısı Rikardo Almeydaya qalib gələn veteran cüdoçu həlledici görüşdə əlcəzairli Həsən Azzuna uduzaraq, dünya çempionatında 2-ci yeri tutub.

Qeyd edək ki, bunadək Fərhad Rəcəbli və Zaur Paşayev qızıl, Zülfiyyə Hüseynova gümüş, Mübariz Cəfərov isə bürünc medala sahib olub.