Cüdoçularımızdan daha iki medal

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə “Qran-Pri” yarışı davam edir. SportLine.az xəbər verir ki, beynəlxalq turnirin ikinci günü millimiz aktivinə daha iki medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Telman Vəliyev və 81 kq çəki dərəcəsində mübarizə aparan Fəqan Quluzadə mötəbər turnirin bürünc medallarına sahib olublar.

Yarışın ilk günü Vüqar Şirinli (60 kq) qızıl medal qazanıb.

Qeyd edək ki, 27 ölkədən 183 (91 kişi, 92 qadın) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 5 cüdoçu ilə təmsil olunur.

Azərbaycan Cüdo Federasiyasının məlumatı