Cüdoçumuz "bürünc"lə kifayətləndi

Avstriyada gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilib. SportLine.az Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, mötəbər turnirdə Azərbaycan millisi də təmsil olunub.

52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova yarımfinala qədər məğlubiyyətsiz irəliləyib. Yarımfinalda isə israilli Betina Temelkovaya uduzaraq üçüncülük uğrunda mübarizəyə qoşulub. Bu mərhələdə hollandiyalı rəqibi Danique Janssenə qalib gələn Əzizova bürünc medal qazanıb.