Cüdoçumuz medal qazandı

Azərbaycan cüdoçusu Aişə Qurbanlı Belarusun paytaxtı Minskdə keçirilən Avropa açıq çempionatında medal qazanıb.

SportLine.az Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Qurbanlı beynəlxalq turnirin ilk günündə bürünc medala sahib olub. 

48 kq çəki dərəcəsində yer alan azərbaycanlı digər cüdoçu Leyla Əliyeva isə 5-ci olub.

Qeyd edək ki, 40 ölkədən 390 (272 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa açıq çempionatında Azərbaycan millisi 12 (4 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunur.