Daha bir futbolçu "Sumqayıt"la müqaviləni uzatdı

"Sumqayıt” klubu daha bir futbolçusu ilə yoluna davam edəcək.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Cavid Tağıyev gələn mövsüm də komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, Tağıyev ötən mövsümdə 17 qarşılaşmada 1026 dəqiqə meydanda olub. "Sumqayıt" daha öncə kapitan Vurğun Hüseynovla müqaviləni 2 il müddətinə uzadıb.